yenicag.az

Türkiyə və Rusiya Suriyada atəşkəsə dair razılığa gəlib

Türkiyə və Rusiya Suriyada atəşkəsə dair razılığa gəlib

Müəllif: resul

Editor

turkiyerusiyaTürkiyə və Rusiya Suriyada ümumi atəşkəsin tətbiq edilməsi haqda razılığa gəliblər.

Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, atəşkəsə dair razılaşma sənədi terrorçular istisna edilməklə Suriyadakı bütün tərəflərə göndəriləcək.

Xəbərdə bildirilib ki, ötən gün Türkiyə, Rusiya rəsmiləri və Suriyadakı müxaliflərin iştirakı ilə toplantı keçirilib.

İnformasiyaya görə, atəşkəs rejimi uğurlu olarsa, Türkiyə və Rusiyanın vasitəçiliyi ilə Bəşşar Əsədin təmsilçiləri və müxaliflər siyasi müzakirələrə başlayacaq. Müzakirələrin Qazaxıstan paytaxtı Astaanada keçirilməsi nəzərdə tutulur.

Yeniçağ.Az

Xəbərlər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti