yenicag.az

Türkiyə XİN Azərbaycana təşəkkür edib

Türkiyə XİN Azərbaycana təşəkkür edib

Müəllif: Redaktor

Editor

turkiyexinXarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin xarici işlər nazirinin müavini (müstəşar) Ümit Yalçını qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı bir daha iki dövlət arasında ikitərəfli əlaqələrin qardaşlıq və dostluq xarakteri daşıdığı vurğulandı, strateji müttəfiqliyin yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə olunub.

Ü.Yalçın Türkiyədə son zamanlar baş verən hadisələrlə bağlı Azərbaycanın nümayiş etdirdiyi qətiyyətli mövqeyə görə təşəkkürünü bildirib.

E.Məmmədyarov Türkiyədə baş vermiş son terror aktları ilə əlaqədar bir daha dərin hüznlə qardaş Türkiyə xalqına və hökumətinə başsağlığı verib.

Görüşdə Azərbaycan və Türkiyənin bütün bəşəriyyət üçün təhlükə olan terrorizmə qarşı mübarizədə birgə səylərinin artırılmasının vacibliyi qeyd olunub. Azərbaycan və Türkiyənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və bir-birilərinin mövqelərini dəstəkləməsi təqdir olunub.

E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib. O, Türkiyənin beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq, münaqişə ilə bağlı ədalətli və qəti mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tezliklə fəaliyyətə başlamasının regional əməkdaşlığın inkişafına, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin və mal dövriyyəsinin daha da artmasına xidmət edəcəyi vurğulanıb.

Görüş zamanı həmçinin beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

 

Yenicag.az

Gündəm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti