!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə XİN: NATO Türkiyənin təhlükəsizlik və müdafiə siyasətinin təməl daşıdır

!Reklam – Yazi

“Türkiyə NATO çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiq qalmağa davam edəcək”.

Yeniçağ.Az xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin ölkənin NATO-ya üzv olmasının 65 illiyi ilə bağlı yaydığı açıqlamada deyilir.

“Bu gün Türkiyənin NATO-ya üzv olmasının 65-ci ildönümünü qeyd edirik. 1952-ci ildə üzv olduğumuz NATO-nun Türkiyə üçün əhəmiyyəti artaraq davam edir. NATO Türkiyənin müdafiə və təhlükəsizlik siyasətinin təməl daşını təşkil edir. Etibarlı müttəfiq olaraq Türkiyə son 65 ildə olduğu kimi, bundan sonra da NATO-ya töhfə verməyə və üzərinə götürdüyü öhdəliklərə tam bağlı qalmağa davam edəcək“, – deyə açıqlamada bildirilir.

Qeyd olunur ki, “soyuq müharibə”dən sonra ittifaq avroatlantik regionda sabitlik və təhlükəsizliyin qorunmasında zəruri rol oynayır, Türkiyə isə Balkanlar, Qafqaz, Yaxın Şərq, Qara və Aralıq dənizlərində NATO-nun müxtəlif fəaliyyətlərində effektiv iştirak edir.

Türkiyə XİN NATO-nun 15 iyul hərbi çevriliş cəhdindən sonra Türkiyəyə verdiyi dəstək və həmrəylik nümayişindən məmnunluq duyduğunu da söyləyib.

Yeniçağ.Az

www.yenicag.az

509
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv