Türkiyədə 1563 hərbçi həbs edilib – 200 qiyamçı təslim olub

Müəllif: Redaktor

Editor

herbciii hebss turkiyeTürkiyədə qiyamda iştirak edən 1563 hərbçi həbs edilib.

Bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, hərbi çevriliş cəhdinin qarşısı alınarkən 90 nəfər həlak olub, 1154 nəfər yaralanıb. Bundan başqa Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının binasını boşaldan 200-dək qiyamçı polisə təslim olub.

Paytaxt Ankarada vətəndaşlar dövlət çevrilişi cəhdinə kəskin etirazlarını bildirmək üçün Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının binasına doğru yürüş edirlər.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır