Türkiyədə 17 telekanal bağlanır – Qərar

Müəllif: Redaktor

Editor

17 telekanalllTürkiyə Radio-Televiziya Ali Qurumu (RTÜK) 17 televiziya kanalının bağlanması barədə qərar qəbul edib.

Buna səbəb lisenziya almadan TÜRKSAT üzərindən yayımlanan bu telekanalların verilişlərində qumar oynatması, saxta yarışmalar təşkil etməsi, erotik görüntülər yayması, sağlamlığa zərərli malları reklam etməsi olub. Qərara əsasən “Yeşil Vadi TV”, “Atlas TV”, “Can TV“, “A Cinema TV”, “Tarz Moda”, “Animalbox”, “Cinemax”, “The Box”, “The West”, “M. Ankara”, “Club Max TV”, “Ful Aksiyon”, “Mastika TV”, “Tosun TV”, “Ezo TV”, “Civan TV”, “Arabesk Melodi TV” bağlanacaq.

Qərar TÜRKSAT-a təqdim ediləndən sonra bu kanalların yayımı TÜRKSAT tərəfindən dayandırılacaq. (Apa)

 


Загрузка...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır