Yazı İçi 468×60

ba6d0c9a0c698338b9c8303cd21afe66Türkiyədə “Fətullahçı Terror Təşkilatı”na mənsub olduğu iddia edilən şəxslərə qarşı əməliyyatlar çərçivəsində 7 min 850 polis vəzifələrindən uzaqlaşdırılıb.

AzVision.az “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Ankaradan bütün vilayətlərə işdən çıxarılacaq şəxslərin siyahıları göndərilib.

Eyni zamanda 2745 hakim və prokuror vəzifədən çıxarılıb. İşdən uzaqlaşdırılanların həbsinə başlanıb. Həbs olunan hakim və prokurorların sayının 3 minə çatacağı bildirilir.

Bundan başqa ölkədə qiyama cəhdlə bağlı aparılan araşdırmalar nəticəsində 103 general və admiral həbs edilib. Saxlanılanların bir hissəsinin barəsindəki cinayət işi artıq məhkəməyə göndərilib.

Onlar barəsində ağır ittihamlar irəli sürülüb. Bunlar arasında Konstitusiyanı pozan təşəbbüs, zorakılıq və şiddət istifadə edərək, Türkiyə Cümhuriyyətini ortadan qaldırmağa cəhd kimi maddələr var.

Qeyd edək ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1400-dən artıq yaralı var.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 26
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."