Türkiyədə PKK terror qruplaşması əleyhinə irimiqyaslı antiterror əməliyyatı keçirilib.

Yeniçağ.Az-ın “Report”a istinadən verdiyi məlumatına görə, bu barədə “Habertürk” xəbər verib.

Məlumatda bildirilir ki, helikopter dəstəkli əməliyyat İstanbulda keçirilib. Təhlükəsizlik və hüquq-mühafizə orqanlarının müxtəlif ünvanlarda keçirdikləri əməliyyat zamanı 70 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Əməliyyat zamanı müxtəlif növ odlu silahlar, çoxlu sayda sursat, habelə təşkilati sənəd ilə şifrələnmiş rəqəmsal vəsaitlər müsadirə olunub. Məlumata görə, bununla da PKK terror qruplaşmasının yaxın günlərdə planlaşdırdığı bir sıra terror əməliyyatlarının qarşısı alınıb.

Hüquq-mühafizə orqanları daha 34 şübhəlinin də yaxalanması üçün tədbirləri davam etdirirlər.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 6
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."