Türkiyədə də saatlar geri çəkilməyəcək

Müəllif: Redaktor

Editor

14
Türkiyədə qış vaxtı ləğv edilib.

APA-nın xəbərinə görə, Nazirlər Kabinetinin bu barədə qərarı “Resmi Gazete”də yayılıb.

Qərara əsasən, bu il oktyabrın sonuncu bazar günü ölkədə saatlar 1 saat geri çəkilməyəcək.

27 Mart 2016-cı il tarixdə qəbul edilən yay vaxtı bütün il boyu davam edəcək. Qərara əsasən, ölkədə bundan sonra saatlar dəyişməyəcək.

Qeyd edək ki, Azərbaycanda ötən ildən saatların dəyişdirilməməsi barədə qərar qəbul edilib.

Yenicag.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır