Türkiyədə dəhşətli qəza – Ölənlərin sayı 13-ə çatdı (Yenilənib 2)

Müəllif: Redaktor

Editor

ereretttTürkiyənin Osmaniyə şəhərində məktəbliləri daşıyan avtobusun su kanalına düşməsi nəticəsində ölənlərin sayı 13-ə çatıb.

Məktəblilərin ikisi xəstəxanaya çatdırıldıqdan sonra həyatlarını itiriblər.

Bildirilir ki, hadisə nəticəsində çox sayda yaralanan var. İlkin məlumata əsasən, qəza sürücünün idarəetməni qəfildən itirməsi səbəbindən baş verib.(APA)

***
23:22

Türkiyənin Osmaniye əyalətində avtobusun suvarma kanalına aşması nəticəsində ölənlərin sayı 9-a çatıb, daha 24 nəfər yaralanıb.

Yaralılar xəstəxanalara yerləşdirilib.

***
22:43

Türkiyənin Osmaniye əyalətində avtobusun suvarma kanalına aşması nəticəsində ən azı 7 nəfər ölüb.

Avtobus şagirdlər və onların valideynlərini istirahətə apardığı zaman aşıb. Qəza sürücünün idarəetməni itirdiyindən baş verib.

Yaralılar xəstəxanalara yerləşdirilib, onların sayı məlum deyil.

 


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır