!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə əhali küçələrə axışır – Meydanda azərbaycanlılar da var

!Reklam – Yazi

meydan azeri bayraqlariBu gün axşam saatlarında Türkiyədə yüzlərlə insan küçələrə çıxıb.

AzVision.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bir qrup insan Türkiyə parlamentinin binasının qarşısında toplaşaraq ötən gün hərbi çevriliş cəhdi zamanı şəhid olan vətəndaşların ruhunu yad edib, dövlət himnini səsləndiriblər.

Əllərində Türkiyə və Azərbaycan bayraqları olan və qiyam cəhdini lənətləyən insanlar daha sonra Qızılay meydanına doğru yürüş ediblər.

Fətullahçılar əleyhinə şüarlar səsləndirən nümayiş iştirakçıları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və dövlət rəsmiləri tərəfindən “evlərinizə dönün” çağırışı edilənədək Qızılay meydanında qalacaqlarını bildiriblər.

Nümayişçilər arasında azərbaycanlıların da olduğu bildirirlir.

***

İstanbul, İzmir və Ankara şəhərlərində Türkiyədə iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinə qarşı yüz minlərlə vətəndaş etiraz mitinqləri keçirir.

Türkiyə vətəndaşları qiyamçıların hərəkətlərini kəskin şəkildə pisləyir, onları Vətənə xəyanətdə ittiham edirlər. Vətən uğrunda canlarından keçməyə hər an hazır olduqlarını bildirən mitinq iştirakçıları dövlət çevrilişi cəhdini lənətləyir, Türkiyədə demokratiyanın qalib gəldiyini, xainlərin heç vaxt niyyətlərinə çatmayacaqlarını bildirirlər.

www.yenicag.az

521
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv