Türkiyədə əməliyyat: 33 terrorçu saxlanılıb

Müəllif: resul

Editor

turkiye-terrorTürkiyənin Konya vilayətində hüquq-mühafizə orqanları İŞİD terror təşkilatına qarşı geniş əməliyyat keçirib.

Yenicag.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, əməliyyat çərçivəsində qruplaşmaya üzv olmaqda şübhəli bilinən 33 nəfər saxlanılıb.

Əməliyyatlarda 200 polis iştirak edib. Axtarış zamanı evlərdən İŞİD-lə bağlı təbliğat sənədləri aşkar edilib.

Bundan əvvəl Konya prokurorluğu 43 nəfərin həbsi ilə bağlı təlimat verib. Digər 10 nəfərin axtarışları davam edir.

Yenicag.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır