Yazı İçi 468×60

eskiseherƏskişəhərdə (Türkiyə) Qarabağ və Gəncə adı verilən prospektlərin təntənəli açılış mərasimi keçirilib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbir Davulqa Bələdiyyəsi, Əskişəhər Azərbaycanlılar Dərnəyi və Emirdağ Kültür və Sənət Dərnəyinin birgə əməkdaşlığı ilə baş tutub.

Açılış mərasimi türk dünyasında həyatını itirən şəhidlər və terror qurbanlarınınxatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb, İstiqlal marşı və Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə davam edib.

Açılışda Davulqa Bələdiyyəsinin sədri Salih Gündoğan, Əskişəhər Azərbaycanlılar Dərnəyinin rəhbəri Cavid Aydın və başqaları çıxış edərək, iki dövlət arasında möhkəm dostluq, qardaşlıq münasibətlərindən danışıb, bu münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətdə fəaliyyətlərini davam etdirəcəklərini qeyd ediblər.

Təntənəli mərasimdə Türk və Azərbaycan folklorundan nümunələr, milli musiqi və rəqslər ifa olunub. Xatirə hədiyyəlləri və plaketlərindən təqdimatından sonra prospektin açılışı həyata keçirilib də qırmızı lent kəsilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 23
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."