Türkiyədə İŞİD-in əsas terror hədəflərinin adı açıqlandı

Türkiyədə İŞİD-in əsas terror hədəflərinin adı açıqlandı

Müəllif: Redaktor

Baş Redaktor

ISID1471949677İŞİD qruplaşması Türkiyədə kamikadzelərin iştirakı ilə bir çox şəhərlərdə, o cümlədən Antalyadakı turistik obyektlərdə terror aktları törətməyi planlaşdırıb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bununla bağlı faktlar 2015-ci ildə Ankarada terror aktı təşkil edən Yunus Durmaznı evində axtarış aparılarkən aşkar edilib.

Ötən ilin mayında polis ənəliyyatı zamanı özünü partladan Durmazın ev kompüterində İŞİD-in bir çox hədəflərinin, o cümlədən bir neçə gün öncə 50-dən çox insanın öldüyü Qaziantepdəki şadlıq sarayının da ünvanı göstərilib.

Terrorçuların əsas hədəfləri arasında Türkiyənin cənub-şərqindəki ələvi kəndləri, solçu partiyalar və kürdləri rəmsil edən Xalqların Demokratik Partiyası və s. olub.

B undan başqa, İŞİD-çilər Antalyada azı min nəfərlik tutumu olan gecə klublarına hücum etməyi də planlaşdırıb. Bunun üçün terror qruplaşmasının azı 150 xüsusi təlim keçmiş döyüşçü hazırladığı üzə çıxıb.

Türkiyə hakimiyyəti İstanbul, Urfa və Suruçda 140-dan artıq insanın ölümünə səbəb olan Yunus Durmazın həbsi üçün 1,4 milyon dollar mükafat təyin etmişdi.

Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti