www.sinerjipro.net

SinerjiProWide
Reklam

Türkiyədə ölkə tarixində sayca yeddinci referendum keçirilir.

Yeniçağ.Az xəbər verir ki, ölkə vətəndaşları Konstitusiyanın 18 maddəsinə dəyişiklik edilməsi ilə bağlı səs verəcəklər.

Səsvermə prosesi Türkiyənin şərq vilayətlərində yerli vaxtla saat 07:00-da, qalan vilayətlərdə 08:00-da başlayıb.

Hazırkı referendumda Türkiyədə açılan 167 min 140 seçki məntəqəsində 55 milyon 319 min 222 vətəndaş səs verə biləcək. Eyni zamanda, həbsxanalarda daha 461 seçki məntəqəsi yaradılıb.

Vətəndaşlar öz seçki məntəqələrinin harada yerləşdiyini Ali Seçki Komissiyasının “www.ysk.gov.tr” veb-saytından öyrənə bilərlər.

Məntəqələr müvafiq olaraq saat 16:00 və 17:00-da bağlanacaq.

Bu referenduma daxil edilən əsas məsələ Türkiyədə prezident idarəçilik sisteminin tətbiq edilməsidir.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 93
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."