Türkiyədə kritik gün – FETÖ liderindən “Ərdoğan”lı mesaj nəyə işarədir?

Müəllif: Baş Redaktor

Baş Redaktor

783807Türkiyə bu gün nə baş verəcəyini gözləyir. Belə ki, həbs olunduğu ehtimal olunan “Fuat Avni”nin qardaşı “14 avqustda görüşərik” demişdi. Ondan başqa bəzi qaçan fətullahçılar da 14 avqustla bağlı mesajlar paylaşmışdılar.

Yenicag.az xəbər verir ki, təhlükəsizlik qurumları da 14 avqustla bağlı FETÖ-nün ciddi bir hazırlıq içərisində olduğunu bildiriblər.

13895575_10206907040456116_2635402172734861698_nBu səbəbdən də, Türkiyə Cümhurbaşqanlığı gecə mesajı yayınlayıb. Mesajda bildirilir ki, əgər elektrik, telefon və internet bir anda kəsilərsə, xalq birnalı oalraq meydanlara axışmalı, müvafiq hərbi bazaların önünü kəsməlidirlər.

fetullah-gulen-yine-beddua-etti-yine-atesler-saldi-h1458551686-d93606Gülən isə bu gecə yenə şifrəli mesaj ünvanlayıb. Prezident Ərdoğanın övladları Bilal və Sümeyyənin adının “gedəcəklər” mesajının içində çəkən FETÖ lideri “Bunun önünü kimsə kəsə bilməz. Bəzən olmasını arzuladığımız şeyin bir neçə dəqiqədə olmasını istəyirik. Bizə qalsa zalım həmin dəqiqə cəzasını tapmalıdır. Fəqət biz toxumdan əmələ gəldik” deyərək, müridlərini səbrli olmağa çağırıb. Bu mesaj baş tutmayan çevriliş cəhdindən sonra psixologiyası çökmüş tərəfdarlarına “dağılmayın” çağrısı kimi dəyərləndirilib.

Yenicag.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır