!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə Mənsimovun gəmisi saxlanıldı

!Reklam – Yazi

784198Rusiya bayrağı altında üzən azərbaycanlı biznesmen Mübariz Mənsimova məxsus gəmi İzmir limanında saxlanılıb.

Bu barədə AzVision.az “Deniz Haber”-ə istinadən xəbər verir.

Məlumata əsasən Türkiyə nəqliyyat, dənizçilik və informasiya Nazirliyi Türkiyənin bütün limanlarına təlimat göndərib. Təlimata əsasən bütün Rusiya gəmiləri Qara dəniz və Aralıq dənizi memorandumları çərçivəsində yoxlanılmalıdır.

Agentlik qeyd edir ki, dekabrın 8-i İzmir limanında `Palmali` şirkətinə məxsus `Azeri Кarabakh` gəmisi saxlanılıb. Qeyd edək ki, bu gəminin uzunluğu 139 metr, eni 6 metrdir. Gəmi 6526 ton yükdaşıma qabiliyyətinə malikdir.

Yoxlamalar zamanı beynəlxalq dənizçilik normalarının pozulmasına dair 12 hal aşkarlanıb. Bundan sonra müfəttişlər gəminin reysdən çıxarılmasına dair qərar qəbul ediblər.

Mənsimovun gəmisi ilə yanaşı, iki Rusiya gəmisi Türkiyənin Samsun limanında saxlanılıb. “Coral” və “Neva Reader-2” gəmilərinin texniki problemlərlə əlaqədar saxlanıldığı bildirilir.

Qeyd edək ki, Mübariz Mənsimovun gəmiləri əsasən Malta bayrağı altında üzürlər, lakin onun bir neçə gəmisi var ki, Rusiya bayrağı altında üzür.

www.yenicag.az

407
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv