!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Türkiyədə müalicə alan xalq artisti: "Deyiblər, vəziyyətim ağırdır" - Video

!Reklam – Yazi

Türkiyədə müalicə olunan xalq artisti Yalçın Rzazadə Azərbaycana qayıdıb.

Yenicag.az-a açıqlama verən sənətkar səhhətindən danışıb:

“Bilirsiniz ki, ayağımda problemlər vardı, yıxılmışdım və diz qapağıma su yığılırdı. Bir müddət Azərbaycanda müalicə olunmuşdum. Türkiyəyə getdim və yenidən müalicə kursu keçdim. Xəstəxanada qalmırdım, gedib-gəlirdim. Ayağımdakı problem tam aradan qalxmayıb, amma daha əsa ilə gəzmirəm. Həkimlər deyib ki, sənə çox oturmaq olmaz, hərəkət etməlisən. Bakıda həkim dostum var, yenidən müalicə prosesinə başlayacaq. Diz qapağımın tam sağalması üçün reabilitasiya dövrü davam edəcək”.

Xalq artisti xəstəxanada ikən ona dəstək olan dostlarından da danışıb:

“Türkiyədə müalicə aldığım zaman Bakıdakı sənət dostlarım çox narahat idi. Bir dəfə Mübariz Tağıyev zəng etdi. Yaman kövrəlmişdi. Soruşdu ki, Yalçın düzünü de, səhhətin necədir? Kimcə ona deyib ki, vəziyyətim ağırdır və buna görə müalicə olunuram. Dedim ki, mən indi küçədəyəm, gəzməyə çıxmışam, yaxşıyam, narahat olma. Xalqım məni həmişə sevib və səhhətimə görə insanların keçirtdiyi narahatlığı da sevgi kimi qəbul edirəm”.

Cəvahir
Yenicag.az

www.yenicag.az

826
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv