Yazı İçi 468×60

605b06b55e45a03948179cf263dca32cTürkiyənin Diyarbəkir vilayətinin Çinar rayonunda baş verən terror aktı nəticəsində biri uşaq olmaqla 5 nəfər ölüb, 36 nəfər yaralanıb.

Terrorçular polis bölməsinin yaxınlığında minalanmış avtomobili partladıb, daha sonra binanı qumbaraatanlardan atəşə tutublar. Bildirilir ki, terrorçular eyni anda üç müxtəlif yerə – polis şöbəsi, jandarm idarəsi və polis əməkdaşlarının xidməti mənzillərinə hücum edib. Xəstəxanalara yerləşdirilən yaralılardan vəziyyəti ağır olanlar var.

Qeyd edək ki, hələlik hadisə ilə bağlı rəsmi məlumat verilməyib.

***

04:28

Türkiyənin Diyarbəkir vilayətinin Çinar rayonunda PKK terrorçuları polis bölməsinə silahlı hücum edib.

Terrorçular tərəfindən törədilən partlayış nəticəsində mülki vətəndaşlar daxil olmaqla, 13 nəfər yaralanıb. Əraziyə çox sayda polis və təcili yardım cəlb edilib. Polis bölməsinin binasına, ətrafdakı evlərə və ofislərə ciddi ziyan dəyib, bəzi küçələrdə elektrik enerji kəsilib. Hadisə yerindən qaçan terrorçuların yaxalanması üçün bölgədə əməliyyatlar davam edir.(APA)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 29
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."