Türkiyədə növbəti terror- 3 əsgər yaralandı

Müəllif: Redaktor

Editor

hakkari20160615Bu gün səhər saatlarında Türkiyənin Hakkari vilayətinin Şəmdinli rayonunda terrorçular partlayış törədib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Şəmdinli-Yüksəkova avtomobil yolunda baş verib.

Türkiyə ordusuna məxsus zirehli hərbi avtomobilin keçidi zamanı PKK terrorçularının yola yerləşdirdiyi əldəqayırma partlayıcı qurğu işə salınıb. Partlayış nəticəsində hərbi avtomobildə olan 3 hərbçi yaralanıb. Yaralılar Şəmdinli Dövlət Xəstəxanasına aparılıb.

Terrorçuların zərərsizləşdirilməsi üçün ərazidə genişmiqyaslı əməliyyat başlayıb.

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır