Türkiyədə partlayış: ölənlərin sayı 14-ə çatıb – VİDEO (YENİLƏNİB)

Müəllif: resul

Editor

kayseri

Kayseridə törədilən partlayış nəticəsində ölənlərin sayı 14-ə çatıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Nazir partlayışla bağlı 7 nəfərin saxlandığını, 5 nəfərinsə axtarıldığını deyib.

****

Türkiyənin Kayseri şəhərindəki Ərciyəz universitetinin qarşısında baş verən terror aktında yaralananların sayı artıb.

Yenicag.az-ın türk mətbuatından əldə etdiyi son məlumata görə , Kayseri Erciyes Universitetinin kampusunun qarşısında hərbçiləri daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 55 nəfər yaralanıb.

Ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, yaralananlardan 12-si hazırda reanimasiyadadır: “Onlardan 6-sının vəziyyəti ağırdır. Bundan başqa, şəhid olanlardan 8-nin kimliyi də artıq məlum olub”.

Nazir qeyd edib ki, hazırda terroru törədənlərin kimliyi araşdırılır: “Türkiyədə terrora son qoyulacaq. Biz bu məsələdə qərarlıyıq. Səbrli olacağıq və bununla da terrorun qarşısını alacağıq. Ölkəmizin, millətimizin başı sağ olsun”.

***

Yenicag.az-ın əldə etdiyi son məlumata görə Türkiyənin Kayseri şəhərindəki Ərciyəz universitetinin qarşısında baş vermiş dəhşətli terror aktı nəticsndə 13 əsgər şəhid olub, 48 nəfəri isə yaralanıb.

***

Türkiyədə universitetlərdən birinin şəhərciyində partlayış olub.

Yenicag.az “Report”-a istinadən xəbəbr verir ki, partlayış bu gün səhər saatlarında Kayseri Erciyes Universitetinin kampusunun qarşısında qeydə alınıb.

Məlumata görə, partlayış sərnişin avtobusunda olub, ölən və yaralılar var.

Hadisə şahidlərinin verdiyi məlumata görə, partlayış sərnişin avtobusuna yaxınlaşan avtomobildə baş verib.

Hadisə yerinə təcili yardım və yanğınsöndürən maşınları göndərilib.

Videonu buradan izləyə bilərsiniz:

https://www.facebook.com/yenicagaze/videos/1097580623687873/

Yenicag.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır