Türkiyədə PKK 3 jurnalisti qaçırdı – Yenilənib

Türkiyədə PKK 3 jurnalisti qaçırdı – Yenilənib

Müəllif: Redaktor

Baş Redaktor

jurrrrrncncnTürkiyənin Anadolu Agentliyinin (AA) üç jurnalisti PKK tərəfindən qaçırılıb.

Məlumata görə, savaş müxbirliyi təhsili alan Rauf Maltaş, fotomüxbir Onur Çoban və kameraçı Kənan Yeşilyurd bir həftə əvvəl Mardinin Nusaybin bölgəsinə ezam olunmuşdular.

Bir müddət hadisələrdən xəbər verən jurnalistlər, dünən Yenişəhər məhəlləsində PKK tərəfindən qaçırılıblar.

Bölgədə PKK-dan icazə almadan çəkiliş etdikləri səbəbi ilə fotoaparat və kameraları əllərindən alınan jurnalistlər gizli bir yerdə saxlanılırlar.

48 saatdır ki, barələrində heç bir xəbər alınmayan jurnalistlər Əfqanıstan, Misir, Liviya, Tunis, Yəmən, Suriya kimi ölkələrlə yanaşı, Tükiyənin daxili savaşında da vəzifə borclarını layiqincə yerinə yetiriblər.

***

Mardinin Nusaybin bölgəsində cümə günü PKK-lı terrorçular tərəfindən qaçırılan Anadolu Agentliyinin (AA) müxbirləri Rauf Maltaş, kameraçl Kənan Yeşilyurd və fotomüxbir Onur Çoban artıq sərbəst buraxılıblar.(musavat)

Dünya, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti