!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə polis idarəsi və AKP-nin binasını atəşə tutan terrorçu məhv edilib - FOTO

!Reklam – Yazi

Yanvarın 20-də İstanbul Polis İdarəsi və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul təşkilatının binasını qumbaraatandan atəşə tutan terrorçu məhv edilib.


Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi məlumata görə, DHKP/C terror təşkilatının üzvü olan Bilgehan Karpat xüsusi əməliyyat nəticəsində Təkirdağda öldürülüb.

Məlumata görə, terrorçu saxlanılan zaman müqavimət göstərib və atışma zamanı məhv edilib. B. Karpat Türkiyə Daxili İşlər Nazirliyinin təhlükəli terrorçular siyahısında yer alıb və başına 300 min lirə mükafat qoyulub.

Xatırladaq ki, bu gün polis İdarəsi və Ədalət və İnkişaf Partiyasının İstanbul təşkilatının binasını qumbaraatandan atəşə tutmaqda şübhəli bilinən DHKP/C terror təşkilatının digər üzvü Şerif Turunc saxlanılıb.

Yeniçağ.Az

www.yenicag.az

666
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv