!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə Prezident üsul-idarəsi: iddialar və həqiqətlər

!Reklam – Yazi

Türkiyədə Prezident üsul-idarəsinin tətbiqini nəzərdə tutan Konstitusiya dəyişikliyinin əleyhdarları dezinformasiya və “qara piar” kampaniyasını genişləndirirlər.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Konstitusiya dəyişikliyinə qarşı çıxanların ictimai rəyə yeritməyə çalışdıqları iddialar tutarlı dəlillərlə darmadağın edilir.

Dövlət quruluşu deyil, sistem dəyişir

İddia 1: Prezident üsul-idarəsinin tətbiqi ilə dövlət quruluşu dəyişəcək
Əslində: Dövlət quruluşu yox, sistem dəyişir. Türkiyənin dövlət quruluşu 1923-cü ildə təsbit edilib və artıq Prezident üsul-idarəsinin tətbiqi ilə yenə xalqın iradəsi əsasında hakimiyyətə gələcək komanda və seçiləcək Məclis Türkiyə Cümhuriyyətini idarə edəcək.

Ölkə parçalanmayacaq, unitar dövlət forması möhkəmlənəcək

İddia 2: Ölkə parçalanaraq federallaşacaq.
Gerçək: Unitar dövlət forması daha da möhkəmlənəcək. Çünki federativ quruluşda hər bölgə öz büdcəsini müəyyənləşdirir. Ancaq əvvəlki sistem davam edəcək və bir qədər də təkmilləşəcək.

Məclis güclənəcək

İddia 3: Məclis mühüm proseslərdən kənarda saxlanılacaq. Bütün səlahiyyətlər Prezidentin əlində cəmlənəcək.
Əslində: Bütün səlahiyyətlər Prezidentin əlində olacaq. Xüsusilə, Məclis daha da güclənəcək. Qanunların qəbulu və icrası xeyli asanlaşacaq. Çünki Məclisdəki 600 millət vəkili qanun hazırlayacaq, qəbul edəcək, bəzi qanunları dəyişdirəcək və ya ləğv edəcək. Yeni sistemdə Məclis Prezidentin səlahiyyətlərinə son qoya bilər.

Prezident cinayət məsuliyyəti daşıyacaq

İddia 5: Prezident məsuliyyətə cəlb edilə bilməz.
Əslində: Qüvvədə olan mövcud sistemdə Prezident yalnız və yalnız Vətənə xəyanət ittihamı ilə cinayət məsuliyyətinə cəlb oluna bilər. Lakin yeni sistemdə belə deyil. Prezidentin cinayət məsuliyyəti var. Cinayət törətdiyi iddia edilərsə, 600 millət vəkilindən 301-nin səsi əsasında yaradılacaq komissiyanın təhqiqatı daha sonra istintaq mərhələsinə ötürüləcək.

Məhkəmə müstəqilləşəcək

İddia 6: Məhkəmə icra hakimiyyətinin tabeliyinə keçəcək.
Əslində: Xeyr, reallıqda himayə sistemi öz gücünü itirəcək. Mülki və hərbi məhkəmələr birləşdiriləcək.

Yeniçağ.Az

www.yenicag.az

736
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv