rusiya istanbildaBu gün Avropa Liqasında fasilə başa çatıb. İlk oyun günündə Türkiyə təmsilçisi “Fənərbaxça” doğma meydanında Moskva “Lokomotiv”ini qəbul edir. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

Oyunun 18-ci dəqiqəsində “Fənərbaxça” təmsilçisi Souza oyunda hesabı açıb. Hesab 1:0 Türkiyə komandasının xeyrinədir.

Qarşılaşma başlamazdan öncə stadionda gərginlik yaşanıb. “Lokomotiv” klubunun futbolçularını, məşqçi heyətini və azarkeşlərini daşıyan avtobus türklər tərəfindən daş-qalaq edilib.

Məlumata görə, polis insidentə dərhal müdaxilə edərək, qarşıdurmanın baş verməsinin qarşısını alıb.

Polis “Lokomotiv” klubunun avtobusuna hücum etməyə cəhd edən bir neçə “Fənərbaxça” azarkeşini saxlayıb.

Oyuna baxmağa gələn əlliyə yaxın rus azərkeşlərini hər yerdə türk polisi müşaiyət edir. Yüzdən çox polis onlara təhkim olunub.

https://youtu.be/JukbH-1p7WU

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 6
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."