Türkiyədə tələbə yataqxanasında güclü yanğın – 12 ölü (Yenilənib)

Türkiyədə tələbə yataqxanasında güclü yanğın – 12 ölü (Yenilənib)

Müəllif: Redaktor

Editor

8-telebe-yandiTürkiyənin Adana əyalətinin Aladağ rayonunda axşam saatlarında şagird yataqxanasında yanğın baş verib. Yanğın nəticəsində 12 nəfər ölüb, 22 şagird isə xəstəxanaya yerləşdirilib. Hazırda hadisə yerində araşdırma aparılır. Yanğının elektrik xətlərində qısaqapanmadan baş verdiyi ehtimal olunur.

***

Türkiyənin Adana şəhərində tələbə qızların qaldığı yataqxanada yanğın olub. Yanğın zamanı 8 tələbə qız həlak olub, 13 nəfər isə yaralanıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. İlkin məlumatlara əsasən yanğın zamanı xilas olmaq üçün özünü pəncərədən atan bir neçə tələbə ağır bədən xəsarəti alıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürmə briqadaları cəlb olunub.

Dünya, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti