Türkiyədə yaxta-şou: müştərilərin çoxu Azərbaycandandır…

Müəllif: Baş Redaktor

Baş Redaktor

costume-binoculars-yacht-girl-s-sailor-portTürkiyədə 9-cu ənənəvi yaxta şou-sərgisi Yachtshow Eurasia keçirilir.

Virtualaz.org xəbər verir ki, müxtəlif ölçülü yaxtaların satışa çıxarıldığı bu sərgi-şouda iki gün ərzində cəmi 76 yaxta satılıb. VİP müştərilər üçün nəzərdə tutulan gündə satılan yaxtaların sayı 14 olub və dəyəri milyonlarla dollarla ölçülən həmin yaxtaların müştərilərinin çoxu Azərbaycandır.

Via Fuarcılık tərəfindən Viaport MarinaTuzla-da təşkil edilən sərgidə hər qiymətə yaxta və qayıq satışa çıxarılıb. Bunların arasında qiyməti cəmi 3500 TL olan qayıq və 29 milyon TL olan yaxtalar da var. Satışa cəmi 183 dəniz nəqliyyat vasitəsi çıxarılıb. Onların arasında həm yeni istehsal edilmiş, həm ikinci əl yaxtalar var. Sərgi mayın 10-u axşama qədər davam edəcək.

Sərginin ən maraqlı hissəsi VİP müştərilər üçün təşkil edilən açılış mərasimi olub. Ötən sərgilərdə milyonlarla dollarlıq yaxtaları alan müştərilərin çoxu Rusiya və Avropa ölkələrindən gəlirdi. Bu il isə həmin yaxtaları Yaxın Şərq, Azərbaycan və Rumıniyadan olan müştərilər alıb.

Sərginin ilk 3 günü ərzində 70 milyon dollarlıq alver olub. Satılan yaxtaların 18-ni İran, Azərbaycan, Rumıniya, Almaniya, Dubay və Küveytdən gedən müştərilər alıblar. Sıfır kilometr 5 yaxta alan səudiyyəli iş adamı sərgidə ən çox pul xərcləyən müştəri olub. Sərginin VİP-açılışında dəyəri 3 milyon avro olan bir ədəd sıfır kilometr “Vola” yaxtası, 1 ədəd 800 min avroluq ikinci əl yaxta, 2 ədəd 1 milyon 200 min avroluq yaxta, 2007-ci ildə istehsal olunmuş, dəyəri 1 milyon 14 min dollar olan “Sunseeker” yaxtası və 1 milyon 165 min dollar “Predator 74” yaxtası satılıb.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır