Türkiyədəki dəhşətli terrorun görüntüləri yayıldı – FOTOLAR

Müəllif: Redaktor

Editor

63772Diyarbəkirdə polis binasına hücum edilib. Bina terrorçular tərəfindən partladılıb.

Bizimyol.info xəbər verir ki, saat 08:00 radələrində baş vermiş hadisədən sonra ərazidə terrorçularla polis arasında atışma baş verib. Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları cəlb edilib.

Çox sayda yaralının olduğu deyilir.

Qeyd edək ki, terror hadisəsinin kürd partiyası olan HDP sədrinin saxlanılmasına etiraz olaraq törədildiyi güman edilir.

Xatırladaq ki, Türkiyədə toxunulmazlıq hüququnun ləğvi barədə Konstitusiyaya düzəliş qüvvəyə mindikdən sonra cinayət törətməkdə ittiham olunan, bu səbəbdən dindirilmələri üçün məhkəməyə çağırılan və gəlməyən Xalqların Demokratik Partiyasının (HDP) 11 deputatının həbsi barədə qərar icra olunub.

Türkiyə Daxili İşlər Nazirliyinin bu məsələ ilə bağlı bəyanatına əsasən, göstərişə uyğun olaraq məhkəməyə gətirilmək üçün aşağıdakı şəxslər saxlanılıb:

1. Ferhat Encü 2. Leyla Birlik 3. Selma Irmak 4. Abdullah Zeydan 5. Səlahaddin Dəmirtaş 6. İdris Baluken 7. Figen Yüksəkdağ Şenoğlu 8. Sırrı Sürəyya Öndər 9. Ziya Pir 10. Gülsər Yıldırım 11. Nursel Aydoğan



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır