yenicag.az
yenicag.az

Türkiyədəki seçkilərlə bağlı azərbaycanlı proqnozu – Şərh

Türkiyədəki seçkilərlə bağlı azərbaycanlı proqnozu – Şərh

Müəllif: Redaktor

Editor

zK37afe7C1e2“Güman edirəm ki, Türkiyədə noyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri hər halda koalision hökumətin formalaşması ilə bağlı amilləri ortaya qoyacaq”.

 

 

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elşən Manafov bildirdi: “Qüvvələr nisbəti elədir ki, Ərdoğanın lideri olduğu AKP-nin birmənalı şəkildə qalib gələcəyilə bağlı proqnoz vermək çətindir. Hərçənd, son terror aksiyaları məhz iqtidar partiyasının mövqeyini müəyyən mənada gücləndirmişdi. Bəzi ekspertlər hətta bu terror aksiyalarının məhz iqtidarla bağlı xüsusi xidmət orqanlarının həyata keçirdiyi barədə xüsusi mövqe sərgiləyir. Təbii ki, bu fikirləri yaxına qoymuruq. Amma bütün hallarda Türkiyənin dövlətçilik tarixində bu seçkilərin mühüm əhəmiyyətinin olacağını düşünürəm. Zənn edirəm ki, bu dəfə də Ərdoğanın rəhbəri olduğu partiya hökuməti təkbaşına qurmaq üçün lazımı qədər deputat mandatı əldə edə bilməyəcək. CHP sədri Qılıncdaroğlunun da AKP ilə koalisiya hökuməti qurmaq üçün hansısa sövdələşməyə gedəcəyini də istisna edirəm. Millətçi mövqedə dayanan MHP isə AKP ilə koalisiya hökumətində danışıqlara getməsi mümkündür. Hər halda hər ikisi də millətçi, sağ mərkəzçi mövqedə dayanır. CHP isə sosial yönümlü partiyadır, hadisələrə baxışları iqtidar baxışlarından kəskin fərqlənir. Məsələn, Qılıncdaroğlu Ərdoğan iqtidarını Suriya hadisələrinə görə qınayıb və bu fonda bəyan edib ki, həmin ölkədə baş verən hadisələrin indiki hədə çatmasında AKP hakimiyyətinin böyük rolu olub. Bu cür açıqlamalardan sonra CHP ilə AKP-nin seçkilərdən sonra koalisiya məsələsində hansısa anlaşmaya gedə biləcəyini istisna edərdim. Seçkilərlə əsasən kürdlərdən ibarət HDP-nin də parlamentdə yer alıb-almayacağı diqqət mərkəzindədir. Bu günlərdə yayılan məlumatlarda birbaşa səhnədə kürd mənşəli müğənninin öldürüldüyü barədə məlumatlar yayıldı. Həmin hadisələr artıq perspektivdə türklərlə kürdlər arasında etnik zəmində baş verə biləcək münaqişələrdən xəbər verir. Zənnimcə kürdləri təmsil edən partiya 10 faizlik baryeri keçə bilməyəcək”.

 

ELÇİN

Araşdırma, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti