Ads by Google

hightechnic
Ads by Google

f51f2f5ea4892d583ded50d068c350b41473750571Türkiyə Xarici İşlər Nazirliyi “İslam dövləti” (İŞİD) terror təşkilatına qarşı apardığı mübarizə ilə bağlı hesabat yayımlayıb.

Sənəddə Türkiyənin İŞİD-ə qarşı ilk günlərdən mübarizə apardığı bildirilir.

Məlumata görə, Türkiyə beynəlxalq anti-İŞİD koalisiyasının əməliyyatlar aparmasına hər cür şərait yaradıb.

Belə ki, koalisiya qüvvələrinin müşahidələr aparması, hərbi təyyarələrin uçması, kəşfiyyat məlumatları toplamaları üçün Türkiyə hava məkanını açıb.

Qeyd olunub ki, mübarizə çərçivəsində 60 qırıcı təyyarə, 1200 hərbçi Türkiyədə yerləşdirilib.

Türkiyə Suriya ərazisində İŞİD-ə qarşı başladığı “Fərat Qalxanı” hərbi əməliyyatı barədə də statistika açıqlayıb.

Bildirilib ki, bu əməliyyat çərçivəsində İŞİD-in 487 hədəfi məhv edilib və 86 ekstremist zərərsizləşdirilib.

Türkiyədən qeyri-leqal yollarla neft ixracının 2014-cü illə müqayisədə kəskin azalıb: 12.6 milyon litrdən 887 min litrədək.

2011-ci ildən etibarən 37 min 121 nəfərin ölkəyə girişinə qadağa qoyulub, 3 min 128 nəfər isə Türkiyədən deportasiya olunub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 52
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."