yenicag.az
yenicag.az

Türkiyədən Sabir Rüstəmxanlıya böyük jest – Fotolar (Yeniləndi-3)

Türkiyədən Sabir Rüstəmxanlıya böyük jest – Fotolar (Yeniləndi-3)

Müəllif: Redaktor

Editor

big_1463224039_sabir (1)

İstanbulda Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlının anadan olmasının 70 illiyinə həsr edilmiş mərasim keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi və Türk Dünyası Araşdırmaları Vəqfi  tərəfindən təşkil edilən mərasimdə bələdiyyənin məsul işçisi Özcan Ünlü, azərbaycanlı şairin tərcümeyi-halını oxuyandan sonra onun yaradıcılığı barədə danışıb. TDAV başqanı Közhan Yazgan atası Turan Yazganın 1989-cu ildə  Türkiyədən Bakıya  heyət aparmasından sonra Sabir Rüstəmxanlı ilə aralarında yaranmış dostluğun bu gün də davam etməsindən məmnuniyyət duyduqlarını deyib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, akademik, millət vəkili Rəfael Hüseynov mərasimdəki çıxışında Sabir Rüstəmxanlının sovet dövründəki  yaradıcılığının və fəaliyyətinin milli cəhətləri  barədə fikirlərini mərasim iştirakçıları ilə bölüşüb. “İndi milli məsələlər barədə danışmaq asandır. Sovet dövründə  milli məsələlərimizi gündəmə gətirərkən bizi həbs edirdilər, incidirdilər, kitablarımızı çap etmirdilər. Sabir Rüstəmxanlı o vaxtlar bizim milli düşüncəmizin inkişafında çox önəmli rol oynayan bir aydınımız idi. Onun ruh dünyası heç vaxt Azərbaycan Türklüyü ilə məhdudlaşmayıb. Ruh dünyası təlatümə gələndə Rüstəmxanlı Monqolstana gedib əski Türk yazılı abidələrinin önündə baş əyib. Heç kimin  qabağında əyilməyən Sabir Rüstəmxanlının daşın önündə baş əyməsi sizə təəccüblü gəlməsin, Rüstəmxanlı daşın içindəki Türk ruhunun önündə əyilib”- deyə akademik Rəfael Hüseynov vurğulayıb.

Mərasimdə çıxış edən Marmara universiteti Türkiyyat araşdırmaları institutunun direktoru, professor Gülşən Alışık isə Sabir Rüstəmxanlının şeirlərinin poetik xüsusiyyətləri barədə dinləyicilərə geniş məlumat verib. Rüstəmxanlının ictimai-siyasi fəaliyyətinə də toxunan professor Alışık, onun “Ömür kitabı” əsərinin  Türkiyədə doğurduğu rezonans barədə   ətraflı danışıb. Gülşən Alışık,Türkiyədə milli şüurun daha da güclənməsində Rüstəmxanlının bundan sonra da önəmli rolu olacağını vurğulayıb.

İzmirdəki 9 Eylül universitetinin professor Əli Yavuz Akpınar, Sabir Rüstəmxanlıyla Bakıda  1978-ci ildə  başlayıb  bu günə qədər davam edən dostluqlarından bəzi fraqmentləri dinləyicilərlə  bölüşüb. “Mərhum vəkil İbrahim Bozyel ilə çıxardığımız “Kardeş edebiyatlar” dərgisində Sabir Rüstəmxanlının şeirlərini ilk dəfə biz çap etmişik. Sabir Rüstəmxanlı  Cənubi Azərbaycan mövzusunu qətiyyən usanıb-yorulmadan öz  yaradıcılıq gündəmində saxlayan bir söz ustasıdır. Onun misralarındakı poetik obrazların Cənubi Azərbaycandakı milli oyanış hərəkatları üzərində həmişə təsir gücü olacaqdır”- deyə professor Əli Yavuz Akpınar deyib.

Professor Firudin Cəlilov, Azərbaycanın müstəqilliyinə doğru güdən yolda Sabir Rüstəmxanlıyla birgə fəaliyyətlərinə dair xatirələrindən bəzi fraqmentlər danışıb. “Müstəqilliyimizə doğru gedən yolda biz Sabir bəylə çox sıxıntılar çəkdik, çox təzyiqlərə məruz qaldıq. Ancaq ən böyük arzumuz olan milli dövlətimizə qovuşduq”- deyə professor Firudin Cəlilov vurğulayıb.

Azərbaycan Respublikasının İstanbuldakı baş konsulluğunun konsulu Kənan Murtuzov mərasimdə çıxış edərək Sabir Rüstəmxanlının Azərbaycan milli təfəkkürünün inkişafında rolu barədə danışıb.

Mərasimdə Azərbaycanın “Savalan” musiqi qrupu və müğənni Elçin Cəfərov, Sabir Rüstəmxanlının şeirlərinə bəstələnmiş mahnılar səsləndiriblər. Şairin qızı Aydan Rüstəmxanlı şairin şeirlərini oxuyub.

Mərasimin sonunda çıxış edən xalq şairi Sabir Rüstəmxanlı TDAV-a və İstanbul Böyük Şəhər Bələdiyyəsinə təşəkkür edərək bir neçə şeirini oxuyub.

Tədbirin sonunda Türkiyə “Eğitim Sen”  Təşkilatının başqanı İsmayıl Boncuk və İstanbul Türkiyə Azərbaycan Dostluq Dərnəyinin başçısı Səfər Qaraqoyunlu Sabir Rüstəmxanlıya yubiley plaketləri təqdim ediblər.

Sabir Rüstəmxanlının İstanbul Böyük Şəhər Bələdiyyəsi tərəfindən 10 min tirajla çap edilmiş “Yurdumun en güzel nağmesi” şeirler kitabı mərasim iştirakçılarına təqdim edilib.

296 səhifəlik kitabı türkcəyə filologiya elmləri namizədi Mayis Əlizadə tərcümə edib.

***

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Türkiyə hökuməti Sabir Rüstəmxanlının yaradıcılıq gecəsini keçirir.

İstanbul Böyük Şəhər Bələdiyyəsi və Türk Dünyası Araşdırmalar Vəqfi ilə birgə Sabir Rüstəmxanlının 70 illik yubileyini keçirir. İstanbul Böyük Şəhər Bələdiyyəsinin Fatih Kültür Mərkəzində baş tutacaq gecədə Azərbaycandan və Türkiyədən qonaqlar dəvət edilib. Gecədə hər iki ölkənin elm adamları ilə yanaşı musiqiçilər və şairlər də iştirak edəcək.

Yenicag.az interpress.az-a istinadən xəbər verir ki, Azərbaycanın və Türk dünyasının tanınmış böyük şairi Sabir Rüstəmxanlının 70 illiyinə həsr olunmuş şeir gecəsində şairin seçilmiş şeirlərindən ibarət “Yurdumun En Güzel Nağmesi”adlı Türk dilində çap olunmuş şeirlər kitabı da qonaqlara təqdim ediləcək.

Hazırda tədbirə hazırlıq işləri davam edir. Tədbirə hazırlıq işlərindən fotoşəkilləri təqdim edirik.

Sabir Rüstəmxanlı-70 yaşında adlı yaradıcılıq gecəsi başladı

 

Sabir Rüstəmxanlı-70 yaşında adlı yaradıcılıq gecəsi başladı

 

Sabir Rüstəmxanlı-70 yaşında adlı yaradıcılıq gecəsi başladı

 

Sabir Rüstəmxanlı-70 yaşında adlı yaradıcılıq gecəsi başladı

 

Sabir Rüstəmxanlı-70 yaşında adlı yaradıcılıq gecəsi başladı

 

Sabir Rüstəmxanlı-70 yaşında adlı yaradıcılıq gecəsi başladı

 

Sabir Rüstəmxanlı-70 yaşında adlı yaradıcılıq gecəsi başladı

 

Sabir Rüstəmxanlı-70 yaşında adlı yaradıcılıq gecəsi başladı
 
Cəmiyyət, Manşet, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti