!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Türkiyəli müğənni İbrahim Erkal dünyasını dəyişib

!Reklam – Yazi

Türkiyənin tanınmış müğənnisi İbrahim Erkal dünyasını dəyişib.

Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, Ümraniye Təhsil və Araşdırma Xəstəxanasının rəhbəri Dr. Necdet Sağlam agentliyə açıqlamasında beyin ölümü gerçəkləşən İbrahim Erkalın saat 22:10-da (Bakı vaxtı ilə 23:10) ürəyinin də dayandığını bildirərək, vəfat etdiyini söyləyib.

“Dəyərli sənətkarımız İbrahim Erkal bu gün saat 22.10-da ürəyinin də dayanması nəticəsində vəfat edib. Ona Allahdan rəhmət, ailəsinə və əzizlərinə səbr diləyirik”, – deyə həkim bildirib.

Qeyd edək ki, iki gün əvvəl beyin ölümü gerçəkləşən İbrahim Erkalın ürək və digər orqanları tibbi dəstək sayəsində öz fəaliyyətini davam etdirirdi.

Yeniçağ.Az

www.yenicag.az

805
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv