!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəli nazir beynəlxalq güclərin hədəfində: Şok səbəb

!Reklam – Yazi

albayrakSon günlərdə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak bəzi beynəlxalq və ölkədaxili dairələrin hədəf lövhəsinə “çıxarılıb”.

Yeniçağ.Az “Yeni Akıt”a istinadən xəbər verir ki, Avropa-Asiya enerji düzənini əhəmiyyətli dərəcədə dəyişən “Türk Axını” layihəsinin icrasına nəzarət edən Türkiyənin “Enerji və təbii ehtiyatlar” naziri Berat Albayraka qarşı xarici və daxili çevrələrin başlatdıqları “qara kampaniya” genişlənməkdədir. Məlumata görə, B.Albayrak “şeytan dördbucağı” adlandırılan CIA (Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ-ABŞ), FETÖ, “Red Hack”və “WikiLeaks”-in birgə ssenarisi əsasında Türkiyədəki yerli “şər mərkəzləri”nin aramsız hücumuna məruz qalmaqdadır. Bir sıra media quruluşlarından ibarət “qladio”nun bir araya gətirdiyi FETÖ, PKK, solçu və kamalçı hərəkat mərkəzləri guya ələ keçirilmiş elektron ünvanlardan B.Albayrak əleyhinə elektron kampaniyada intensiv iştirak edirlər.

B.Albayrakı Türkiyənin xarici və daxili düşmənlərinin hədəfinə çevirən səbəblər hansılardır? Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni olan B.Albayrakın son parlament seçkilərindən sonra formalaşdırılan hökumət kabinəsinə daxil edilməsi dövlət başçısının əleyhdarları tərəfindən “qohumbazlıq” kimi qiymətləndirilsə də, əslində, narahatlığın səbəbi başqa idi. Türkiyəni çökdürmək üçün yeni ssenarilər hazırlayan beynəlxalq güclər və onların ölkə daxilindəki icraçıları B. Albayrakın simasında R.T.Ərdoğanın etibarlı və onlar üçün arzuolunmaz dəstəkçisini görürdülər. O baxımdan, B.Albayrakın nazir postuna gətirilərək, yüksək status qazandırılması Türkiyəni qarışdırmaq istəyən qüvvələrin planları ilə üst-üstə düşmədiyindən, ona qarşı aparılan anti-kampaniyaların ara verməməsi təəccüblü deyil.

Müşahidələr göstərir ki, son həftələrdə B.Albayrak əleyhinə səfərbər edilmiş mərkəzlərin fəallığı bir qədər də artıb. Təbii ki, bu da səbəbsiz deyil. Bu ilin oktyabrında Türkiyə ilə Rusiya arasında “Türk axını” qaz layihəsinin imzalanması, bu layihənin həyata keçirilməsi yönündə işlərin sürətləndirilməsi Qərb dairələrinin rahatlığını pozub. Onlar Türkiyəni çökdürmək istərkən, Ankara çevik manevrləri ilə özünün siyasi-iqtisadi qüdrətini artırmaq istiqamətində addım-addım irəliləyir. “Türk axını” layihəsinin gerçəkləşməsində izlənilən hərəkətlilik Qərbin tək Türkiyə və Rusiya ilə bağlı siyasətini deyil, həm də enerji strategiyasını iflas etdirəcək bir mərhələ anlamına gəlir. Türkiyə tərəfdən bu prosesin sükanı arxasında məhz B.Albayrakın dayanması onu avtomatik olaraq, Qərb dairələrinin hədəfinə gətirir. Digər tərəfdən, Türkiyədə 15 iyul dövlət çevrilişinə uğursuz cəhdlə ifşa edilən FETÖ terror şəbəkəsinin kökünün qazılmasında, bu şəbəkənin gizli qollarının üzə çıxarılıb, zərərsizləşdirilməsində də B.Albayrak və ona yaxın medianın ciddi rol oynaması Qərbdə mütləq nəzərə alınır. Nəticədə beynəlxalq dairələr və onların Türkiyədəki mərkəzləri B.Albayrak əleyhinə kampaniyaya vüsət veriblər.

Ancaq bu hücumlar nə Türkiyə iqtidarını, nə də onun bir nümayəndəsi olan B.Albayrakı narahat etmir. O, Türkiyə Böyük Millət Məclisində dünənki çıxışında Qərbdəki məlum dairələri nəzərdə tutaraq, “Onları daha da quduzlaşdıracaq addımlarımız davam edəcək” məzmunlu qəti mesaj verdi. Bu, ümumilikdə Türkiyə iqtidarının öz yolundan dönmədən irəliləyəcəyi kimi başa düşülməklə yanaşı, həm də anti-Türkiyə çevrələrin “qara kampaniya”larını davam etdirəcəkləri mənasına gəlir.

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

441
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv