!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəli nazir Faruk Çelik Bakıdadır - Fotolar

!Reklam – Yazi

Bu gün Türkiyənin kənd təsərrüfatı naziri, Şanlıurfa millət vəkili Faruk Çelik Bakıya gəlib. Yeniçağ.az xəbər verir ki, Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İş Forumuna qatılmaq üçün gələn nazir qardaş ölkənin səfiri Erkan Özoralın təşkil etdiyi şam yeməyinə qatıldı. 

Şam yeməyində Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov, Türkiyə-Azərbaycan Kənd Təsərrüfatı İşçi Heyəti, TUİB və ATİB üzvü olan iş adamları iştirak edirdilər. Naziri müşaiyət edənlər arasında tanınmış iş adamı Hüseyn Büyükfırat və AK Partiya Şanlıurfa Şəhər Təşkilatı rəhbərlərindən Mehmet Büyükfırat da var idi.

Sabah Faruk Çelik Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İş Forumuna qatılacaq. Daha sonra azərbaycanlı həmkarı ilə ortaq mətbuat konfransı keçirəcək nazirin “Yem bitkisi toxumunun istehsalı və sertifikatlaşdırılması” sahəsində işbirliyinə dair müqavilə imzalayacağı gözlənilir.

Foruma yüzə yaxın türk iş adamı qatılacaq.

Yeniçağ.az-a daxil olan özəl məlumatda Faruk Çelikin sadəcə, kənd təsərrüfatı ilə bağlı deyil, bir sıra mühüm məsələlərlə bağlı daha üst səviyyədə görüşlər keçirəcəyi bildirilir.

 

Yeniçağ.az

www.yenicag.az

767
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv