www.sinerjipro.net

SinerjiProWide
Reklam

Naxçıvanla Türkiyəni birləşdirəcək dəmir yolunun layihəsi hazırlanıb.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi məlumata görə, bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan İğdıra səfəri zamanı bildirib.

Ə. Arslan deyib ki, Qars-İqdır, Dilucu-Naxçıvan dəmir yolu layihələrinin hazırlanması başa çatıb: “Avropadan gələn bir qatarın Qarsdan İğdıra, İğdırdan Naxçıvana, Naxçıvandan Orta Asiyaya getməsi nəzərdə tutulur. Bu dəmir yolu Türkiyəni, Naxçıvanı, Azərbaycanı daha da gücləndirəcək, ticarətin artmasına səbəb olacaq. Rəhmətlik Heydər Əliyev “bir millət, iki dövlət” olduğumuzu bildirib. Ona görə də Qars-İğdır, Dilucu-Naxçıvan dəmir yoluna çox böyük əhəmiyyət veririk. Layihənin hazırlanması başa çatıb, növbədə layihənin icra edilməsidir. Bu məsələ ilə bağlı Azərbaycanla müzakirələr aparırıq”.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 36
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."