!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəli qonaqlar İçərişəhərdə - FOTOLAR  

!Reklam – Yazi

Bakıda II Beynəlxalq Osmanlı Araşdırmalarında Yeni İstiqamətlər Konqresi (INOCTE) öz işinə başlayıb.

Yenicag.az xəbər verir ki, konqresdə Osmanlı dövrünün araşdırmaçı alimləri, tarixçilər iştirak ediblər. Yunus Emre İnstitutu, Türk Tarix Qurumu (TTK), Səlcuq Universiteti, Türkiyə Respublikası Ətraf mühit və Şəhərsalma Nazirliyi, Xəzər Universiteti və Milli Elmlər Akademiyasının təşkilati dəstəyi ilə keçirilən konqresə Türkiyədən 70, ümumilikdə isə 100-dən çox mütəxəssis qatılıb.

Bunların arasında Türkiyənin Arxiv İdarəsinin sədri Zeynel Abidin Türkoğlunun rəhbərlik etdiyi qrup da yer alıb. Zeynel bəyin rəhbərlik etdiyi qrup daha sonra Bakının tarixi yerlərini gəzib, şəhərimizlə tanış olublar. İçərişəhər, Qız Qalası, Şirvanşahlar sarayında olan qonaqlar daha sonra Yenicag.az saytının redaksiyasına təşrif buyurub. Saytın baş redaktoru Aqil Ələsgərlə müzakirələr aparan qonaqlar, səfərdən məmnun qaldıqlarını dilə gətiriblər.

www.yenicag.az

1175
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv