!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəni göz yaşına boğan son PKK əleyhinə klipdə Azərbaycan izi

!Reklam – Yazi

 

211020151411509236585_2Türkiyə 1 noyabrda seçkilərə hazırlaşır. Hər dəfə təsirli reklam kampaniyaları ilə diqqəti çəkən Ədalət və İnkişaf Partiyasının (AK Partiya) bu dəfə Şanlı Urfa namizədi Faruk Çelik “bombanı partladıb”. PKK-nın kürd-türk ayırımı etmədən bölgə insanının düşməni olduğuna diqqət çəkən reklam filmi Türkiyədə şok effekti yaradıb.

12180062_10206743933789710_264114861_n

“Oyuna gəlmə, qardaşım” adlanan reklam filmi qısa zamanda Türkiyədə böyük səs salıb. Sosial mediada, xüsusilə, türklərin üstünlük təşkil etdiyi “Twitter”də birinci olan #oyunagelmekardeşim haştağı  ilə paylaşılan reklam filmi insanları göz yaşına boğub.

12179978_10206743933589705_1858610842_n

Yenicag.az xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının Şanlı Urfa namizədi Faruk Çelikin çəkdirdiyi klipin ideya müəlliflərindən biri Azərbaycanda tanınan iş adamı Hüseyn Büyükfıratdır. Ssenarisi isə H.Büyükfıratın başçılıq etdiyi “Büyükfırat” Qrupun marka danışmanı olan Taylan Doğana aiddir.

Qeyd edək ki, Ədalət və İnkişaf Partiyasının məşhur Türk bayrağı reklamının müəllifi də Taylan Doğan idi.

c4887d3ca085Türkiyənin məşhur reklamçılarından olan Taylan Doğan 20 ildən çoxdur ki, PR kampaniyalarının təşkili və qurulması ilə məşğuldur. Baş nazir Rəcəb Tayyib Ərdoğanla hələ İstanbul meri olduğu zamandan isti münasibət quran T.Doğan 2010-cu ildə Azərbaycana gələn və müxtəlif media və QHT rəhbərləri ilə görüşlər keçirən türk media heyətində yer almışdı.

Xatırladaq ki, Azərbaycandakı ilk türk şirkətlərindən olan “Büyükfırat”ın sahibi olan Hüseyn Büyükfırat Ədalət və İnkişaf Partiyasının Şanlı Urfadakı təbliğatında yaxından iştirak edir. Hətta Şanlı Urfadakı restoranını da AK Partiyaya seçim bürosu olaraq, bağışlayıb.48f62710d842

ebc45d7f3c01 1d67cb0655f6

Yenicag.az

www.yenicag.az

611
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv