!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin baş nazirindən ana müxalifətə sillə kimi Baxçalı cavabı

!Reklam – Yazi

Türkiyənin baş naziri Binəli Yıldırımın Milliyyətçi Hərəkat Partiyasına (MHP) bir neçə nazir postunun verilə biləcəyini açıqlaması Cumhuriyyət Xalq Partiyasının (CHP) rahatlığını pozub.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin baş naziri Binəli Yıldırım bu gün Cümə namazından sonra jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb. Hökumət başçısı jurnalistlərlə söhbətində Konstitusiya islahatından sonra MHP-yə bir neçə nazir postu verilməsinin mümkünlüyünə dair fikirlərinin CHP tərəfindən “siyasi rüşvət” kimi qiymətləndirilməsinə də münasibət bildirib. CHP-nin bu iddiasına kəskin cavab verən B.Yıldırım bu ittihamı dilə gətirənlərin MHP lideri Dövlət Baxçalını “yaxşı tanımadıqlarını” deyib:

“Siyasi rüşvətdən danışanlar hörmətli Dövlət bəyi hələ də tanıya blməyiblər. Dövlət bəy prinsipləri olan şəxsiyyətdir, dövlət məsələlərində heç vaxt şəxsi maraqlarından çıxış etmir. Onu belə tanıdım və MHP liderinin yaxın siyasi tariximizdə də həlledici məqamlarda tutduğu mövqe dediklərimin isbatıdır. Bunun əksinin sübut edilməsinə cəhd həmin təklifin gerçəkləşməməsinə hesablanmış kampaniyanın tərkib hissəsidir”.

Qeyd edək ki, AKP iqtidarının ölkədə Konstitusiya islahatının aparılması təşəbbüsü parlament partiyalarından yalnız MHP tərəfindən dəstəklənib. CHP və terrorçu PKK-nın siyasi qanadı olan HDP isə “eyni səngər”də qərarlaşaraq, ölkə Konstitusiyasına təklif olunan dəyişikliklər əleyhinə əks-təbliğat aparmaqdadırlar. Türkiyədə Konstitusiya referendumu aprelin 2-nə təyin edilib.

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

477
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv