www.sinerjipro.net

SinerjiProWide
Reklam

54a28a3df493b91f3cfa1729Türkiyənin bir dönəminə imza atmış, qeyri-qanuni həbs qərarları ilə minlərlə insana zülm edən sabiq prokuror Zəkəriyya Özün Gürçüstana qaçdığı bəlli olub.”Əl-Cəzirə”nin verdiyi xəbərə görə, Z.Öz və  Cəlal Kara Artvin Sarp sərhəddindən qonşu ölkəyə keçiblər. Sərhəddən keçdikdən bir neçə saat sonra onlarla bağlı həbs qərarı çıxıb.

Bakırköy Prokurorluğu tərəfindən “Cinayət işləmək məqsədilə mütəşəkkil cinayətkar şəbəkə qurmaq”, “Şiddət və terror yolu ilə Türkiyə Cümhuriyyəti Dövlətini ortadan qaldırmağa təşəbbüs etmək” ittihamları ilə haqqlarında həbs qərarı istənilən prokurorlar Türkiyədə “Gülənin prokurorları” kimi tanınırlar.

Zəkəriyya Öz, Cəlal Kara və Mehmet Yüzgeç öz karyeralarını təhlükəyə ataraq, Gülənin içəridəki adamlarını çıxarmaq istəmişdilər.

Bu prokurorlar arasında Zəkəriyya Özün adı daha tanışdır. Belə ki, saxta dəlillərlə hazırlanan və Gülənə qarşı olan Türk Ordusu zabitlərini, aydınları ləkələdiyi faktlarla ortaya çıxan “Ergenekon” iddianaməsini hazırlayan Öz Azərbaycanda da bu prossesi gerçəkləşdirməyə çalışdı.

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının o zaman 11 yaşında olan qızını Birinci Ergenekon İddianaməsində “Ergenekonun Azərbaycan nümayəndəsi” elan edən Zəkəriyya Öz o zaman Türkiyə iqtidarının gözbəbəyi olsa da, sonunda əslində arxasında kimlər dayandığı ortaya çıxdı.

 

Haqqında “terror təşkilatı qurmaq”,  “çevriliş yolu ilə  Türkiyə Cümhuriyyəti  hökumətini devirmək ” ittihamları ilə həbs qərarı çıxarılan Özün başqa bir cinayəti “çox gizli” şifrəli dövlət sənədlərini I və II Ergenekon iddianamələrində açıq şəkildə yerləşdirməsi idi. Lakin o zaman Gülən Şəbəkəsi mövcud iqtidarın ortağı olduğu üçün bu cinayətə diqqət edən olmadı. Halbuki o iddinamələrdəki məqamlar daha sonra Türkiyə üçün həm Ermənistan, həm də digər dövlətlər önündə ciddi sıxıntı yaratdı.

Zəkəriyya Özün başqa bir “uğur”u Türk Ordusunu məhv etmək, gizli sirrlərini faş etməkdir. Belə ki, məhz onun “super prokurorluğu” nəticəsində Türk Ordusunun böyük generalları anonim məktublarla həbs edilərək, ordunun “sındırılması” əməliyyat keçirildi.

Bu gün isə Z.Öz qaçaqdır. Onun Gürcüstana keçdiyi bildirilsə də, orada çox qala bilməyəcəyi bilinir. Çünki Türkiyə ilə bütün sahələrdə çox ciddi əməkdaşlıq edən Gürcü hökumətini onu saxlamayacağı, fəqət onun bu ölkə üzərindən ya Ermənistana, ya da Gülən camaatının aktiv olduğu Azərbaycana keçəcək. Onun başqa ad və pasportla ölkəmizə gələrək, saxlanmaq ehtimalı çox güclüdür. Azərbaycanın bütün önəmli rayonlarında ciddi rıçaqlara sahib Gülən Camaatının çox asanlıqla onu saxlaya biləcəyi vurğulanır.  Nəzərə alsaq ki, Lənkəran, Ağdaş,Mingəşevir, İsmayıllı kimi rayonlarda ciddi təşkilanlanıblar, o zaman onun  hizlənmək üçün Gürcüstandan Azərbaycana keçəcəyi də istisna edilmir.

 

Yenicag.az

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 50
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."