!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin idxal etdiyi qazın 15%-i Azərbaycanın payına düşür

!Reklam – Yazi

 

Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Türkiyəyə “Şahdəniz-1” layihəsi çərçivəsində hasil olunan 5 mlrd. 885,36 mln. kubmetr qaz ixrac edib.

“APA-Economics” “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6% çoxdur.

Qeyd edilib ki, ötən ilin noyabr ayında Azərbaycan Türkiyəyə 576,76 mln. kubmetr qaz ixrac edib.

Qaz boru xətləri ilə Türkiyəyə nəql olunan “mavi yanacağ”ın 15,1% Azərbaycanın, qalanı isə İran və Rusiyanın payına düşür.

2015-ci ildə Azərbaycan Türkiyəyə 6 mlrd. 168,68 mln. kubmetr qaz ixrac edib.

Yenicag.Az

www.yenicag.az

491
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv