Türkiyənin imtina etdiyi idmançını Azərbaycan aldı

Türkiyənin imtina etdiyi idmançını Azərbaycan aldı

Müəllif: Redaktor

Baş Redaktor

15801039_1188414827913261_94194828_nAFFA “Feyenord”un U-19 və U-21 komandalarında çıxış edən türkəsilli Ozancan Kökcüyə görə İtaliya klubuna müraciət edib.

Yeniçağ.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yanvarın 7-də U-21 millimizin Antalyada start götürəcək təlim-məşq toplanışına dəvət edilən 18 yaşlı yarımmüdafiəçi bu təklifi qəbul edib.

Məlumatda bildirilir ki, Kökcüyə Türkiyə millisindən də təklif göndəriləcəyi gözlənilirdi. Ancaq Türkiyə Futbol Federasiyasından belə bir təklif gəlmədiyi üçün o, Azərbaycan yığmasında oynamağa razılıq verib.
Qeyd edək ki, Kökcünün “Feyenord”la müqaviləsi 2017-ci ilin yayında başa çatır. Hollandiya klubu onunla müqaviləni yeniləmək istəsə də, gənc oyunçu hələ heç bir qərar verməyib.

İddia edilirdi ki, Kökcü dünən “Mançester Siti”dən təklif alıb. “Latsio” onunla yaxından maraqlanır.

Yeniçağ.az

İdman, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti