Ads by Google

hightechnic
Ads by Google

kendRusiya Kənd Təsərrüfatı Məhsullarına Nəzarət üzrə Dövlət Xidmətinin (“Rosselxoznadzor”) rəis müavini Aleksey Aleksenko Türkiyənin kənd təsərrüfatı məhsullarının idxalı ilə bağlı qoyulmuş qadağanın gələn həftə ləğv olunacağını deyib.

Yeniçağ.az türk mətbuatına istinadən xəbər verir ki, qadağanın götürülməsi ilə bağlı qərar dekabrın 26-27-də açıqlanacaq. A.Aleksenko qeyd edib ki, qərar ləğv edildikdən sonra kənd təsərrüfatı məhsullarının idxalına dərhal başlanıla bilər və bununla bağlı son texniki tamamla işləri gedir.

Qeyd edək ki, bir müddət əvvəl “Rosselxoznadzor”un rəisi Sergey Dankvert Türkiyədən badımcan, kudu və kahının sərbəst idxal olunacağını bildirib.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 24
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."