www.sinerjipro.net

SinerjiProWide
Reklam

Türkiyədə keçirilmiş Konstitusiya referendumunun Ankaranın region ölkələri ilə münasibətlərinə mümkün təsiri dəyərləndirilir.

Ukraynalı politoloq Aleksey Poltorakov Yeniçağ.ru-ya müsahibəsində Türkiyə-Ukrayna münasibətlərini və regional münaqişələrin həlli perspektivindən danışıb.

Türkiyədə ötən bazar günü keçirilmiş Konstitusiya referendumuna toxunan Poltorakov bunu ciddi siyasi hadisə kimi qiymətləndirib:

“Türkiyədə baş tutmuş referendum son dərəcə vacib və prinsipial əhəmiyyət daşıyan hadisədir. Referendumun əhəmiyyəti sadəcə, Türkiyə ilə məhdudlaşmayaraq, regiondakı vəziyyətə də təsir edir. Şübhə yoxdur ki, bu referendum Türkiyənin Qərbdəki – Avropa və ABŞ – müttəfiqləri ilə yanaşı, narahat regiondakı qonşularına da ciddi mesajdır.

Əlaqələrin indiki vəziyyətini nəzərə alsaq deyə bilərik ki, referendumdan sonra Türkiyə-Ukrayna münasibətləri hər hansı ciddi dəyişikliyə məruz qalmayacaq, xüsusilə, iqtisadi-ticari sferada yüksələn temp saxlanacaq. Mümkündür ki, Türkiyədə keçirilmiş referendumun nəticələrindən asılı olaraq, ikitərəfli dialoq və diplomatiyada müəyyən korrektələrə əl atılsın. Ancaq bu mümkün korrektələr də özlüyündə strateji deyil, operativ-texniki xarakter daşıyacaq. Ukrayna Türkiyəyə özünün qonşusu, perspektivdə isə regional miqyasda strateji tərəfdaşı kimi yanaşır”.

Politoloqun fikrincə, referendumdan sonra Türkiyənin Qara dəniz regionundakı siyasətində, o cümlədən, Qarabağ və Krım məsələlərinə münasibəti dəyişməyəcək:

“Gəlin, bu türk atalar sözünü xatırlayaq: Bugünkü toyuq sabahkı qazdan yaxşıdır. Referendumun daxili siyasi məsələ olduğunu nəzərə alsaq, o zaman Türkiyənin xarici siyasətində ciddi dəyişikliklər olacağını gözləməyə dəyməz. Təbii, Türkiyədə ali hakimiyyətin yeni konfiqurasiyası Ankaranın regional məsələlərə yanaşmasında dəyişikliyə səbəb ola bilər. Lakin bu dəyişiklik ciddi məsələlərə aid olmayacaq.

Türkiyənin regiondakı əsas məsələlərə – Qarabağ və Krım münaqişələrinə dair mövqeyi həm aydın, həm də qətidir. Məhz bu amil Türkiyənin güclü regional oyunçu olmasının göstəricisidir.

Qərbin Türkiyədəki referenduma münasibəti isə “Ehtiyatlı narahatlıq” kimi qiymətləndirilə bilər”.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 48
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."