Türkiyənin “Sabah” qəzeti Azərbaycandan üzr istəyib

Türkiyənin “Sabah” qəzeti Azərbaycandan üzr istəyib

Müəllif: Redaktor

Baş Redaktor

скачанные файлыTürkiyənin “Sabah” qəzeti Azərbaycandan üzr istəyib.

Bu barədə qəzetdə material dərc edilib.

Üzrxahlıqda bildirilir ki, fevralın 6-da “Sabah” qəzetində “Türkiyənin turizm təcrübələrindən faydalanırıq” başlıqlı yazı dərc olunub. Xəbərdə yer alan Azərbaycan xəritəsində səhv nəticəsində Dağlıq Qarabağ bölgəsi və onun ətrafında olan torpaqlar başqa ölkənin sərhədləri daxilində göstərilib. Qeyd olunur ki, Azərbaycanın Ankaradakı səfirliyi qəzetin redaksiyasına etiraz məktub ünvanlayıb. “Xəbəri düzəldirik və üzr istəyirik”, – deyə, qəzetin üzrxahlıq mətnində bildirilir.

Yazıda Azərbaycanın Ankaradakı səfirliyi tərəfindən göndərilən məktubun mətni də yerləşdirilib. Məktubda göstərilib ki, Dağlıq Qarabağ daxil olmaqla, Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır: “1994-cü ildə atəşkəs haqqında müqavilənin imzalanmasına baxmayaraq, atəşkəs rejimi təmas xəttində Ermənistan ordusu tərəfindən tez-tez pozulur. BMT, ATƏT, Avropa Parlamenti və s. beynəlxalq təşkilatlar, eyni zamanda Türkiyə də daxil olmaqla, bir çox ölkələr tərəfindən bu işğalın beynəlxalq hüququn normalarının pozulması səbəbindən qəbuledilməz olduğu təsdiq edilib”.

Xatırladaq ki, İstanbulda Dünya Turizm Forumu çərçivəsində keçirilən və nazirlərin iştirak etdiyi panel barədə “Sabah” qəzetinin saytında məqalə yayımlanıb. Məqalədəki fotoda Azərbaycan, Makedoniya, Qana və Türkiyənin nazirləri göstərilib. Nazirlərin arxa fonunda ölkələrinin bayrağı əks edilən xəritələr yerləşdirilib. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin arxa fonundakı Azərbaycanın xəritəsində işğal altında olan Dağlıq Qarabağ göstərilməyib.(APA)

Media, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti