!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin Suriyadakı əsas məqsədi nədir? – Politoloq rəyi

!Reklam – Yazi

0f0bb323-3de2-426c-8acb-75d507255956_cx0_cy13_cw0_w987_r1_s_r1“Dərhal heç bir şey dəyişilməyəcək radikal şəkildə, amma hər halda bu iki dövlət arasında əməkdaşlıq daha süni şəkildə inkişaf edəcək”.

Bu sözləri Yenicag.Az-a Türkiyənin Baş naziri Binəli Yıldırımın rusiyalı həmkarı Dmitri Medvedyevlə görüş zamanı Suriya böhranını müzakirə edəcəkləri mövzusunu şərh edərkən tanınmış politoloq Fikrət Sadıqov söyləyib.

Onun sözlərinə görə, Türkiyə və Rusiya münasibətlərində bir zamanlar çox gərgin bir dövr yaşanmışdır.
“Əlbəttə ki, burada bir sıra problemli məsələlər qalıb. Türkiyə üçün əsas məqsəd kürd dəstələrinin orada neytrallaşdırılmasıdır. Gələcəkdə isə Bəşər Əsədin hakimiyyətdən getməsidirsə, Rusiya əksinə Bəşər Əsəd rejimini dəstəkləyir və İŞİD-ə qarşı mübarizəni aparır. Burada isə bunların mövqeyi üst-üstə düşür. Hər halda Suriyada vəziyyətin müəyyən mənada stabilləşməsinə və bunların birgə əməliyyatlar aparılması istiqamətində mövqeləri daha da yaxın olacaq. Bir sıra məsələlər çox güman ki, həll olunacaq. Amma Suriyanın vəziyyətinin konkret stabilləşməsinə vaxt tələb olunacaq”.

Politoloq Bəşər Əsədin hakimiyyyətdən getməsinə də münasibət bildirib:

“Bəşər Əsəd hakimiyyətdən getsə də, orada heç bir stabilliyə nail olmaq mümkün olmayacaq. Onun belə bir vəziyyətdə, qalmaqalda, belə bir qarşıdurmada dəyişdirilməsi və onun yerinə başqasının gətirilməsi stabilliyə heç də kömək etməyəcək. Öncə burada müəyyən məsələlər həll olunmalıdır, terrorçulara qarşı birgə mübarizə aparılmalıdır, radikal ekstremistlər məhv edilməlidir və bir sıra şəhərlər onlardan azad olunmalıdır. Həm Rusiya, həm Türkiyə, həm də digər ölkələr bir araya gəlib Suriyada müəyyən stabillik yaratmalıdır. Mənə elə gəlir ki, Bəşər Əsədin hakimiyyətdən getməsi Suriyanın bir nömrəli problem deyil”.

Fikrət Sadıqovun fikrincə Suriya böhranı tez bir zamanda öz həllini tapmayacaq:

“Mən təəssüflə onu qeyd etmək istəyirəm ki, Suriyada baş verən hadisələr o qədər də sevindirici deyil. Təbii ki, bir çox ölkələrin Suriya böhranına cəlb olunması bura stabilliyin gətirilməsidir. Bir sıra qüvvələr var ki, burada stabilliyin yaranmasına sevinmirlər və birmənalı şəkildə bunun ziddinə hərəkət edirlər. Bəzi qüvvələrin bir-biri ilə toqquşması, orada müxtəlif maraqların həyata keçirilməsi, mövqelərin üst-üstə düşməməsi Suriya böhranın uzanmasına səbəb olur və bu konflikti daha da gərginləşdirir. Çünki bəzi ölkələrin müxtəlif qüvvələri, onların strateji maraqlarının burada toqquşması Suriyaya tezliklə sülh və stabilliyin gəlməsini sual altına alır”.

Qeyd edək ki, Türkiyənin baş naziri Binəli Yıldırımın Moskva səfəri ilə bağlı bəzi detallar məlum olub. Məlumata görə, türkiyəli baş nazir Rusiya rəhbərliyi ilə görüşündə əsasən Suriya böhranını müzakirə edəcək.

 

Yenicag.Az

www.yenicag.az

666
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv