Yazı İçi 468×60

144935_res_01Türkiyənin yeni baş naziri Binali Yıldırımın Azərbaycana səfərinin bəzi təfərrüatları məlum olub.

ANS PRESS-in məlumatına görə, Yıldırım Şimali Kipr Türk Respublikasına səfərdən əvvəl jurnalistlərə Azərbaycan səfəri zamanı onu müşayiət edəcək nazirlərin adlarını açıqlayıb.

Binali Yıldırımı səfər zamanı baş nazirin köməkçisi Tuğrul Türkeş, maliyyə naziri Naci Ağbal, meşə və su naziri Veysel Eroğlu müşayiət edəcək.

O, mətbuata açıqlamasında ənənəyə sadiq olaraq ilk səfərini Kiprə, daha sonra Azərbaycana edəcəyini deyib.

Binali Yıldırım bu gün Şimali Kipr Türk Respublikasına səfərə gedib. Daha əvvəl baş nazirin iyunun 1-də Azərbaycana səfər edəcəyi barədə məlumat yayılsa da bu gün Türkiyə mətbuatı Yıldırımın Azərbaycana iyunun 3-də gələcəyi haqda yazıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 41
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."