Türkiyənin yeni Konstitusiyasının layihəsi imzalanması üçün prezidentə təqdim edilib

Müəllif: resul

Editor

Türkiyənin yeni Konstitusiyasının layihəsi imzalanması üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edilib.

Yeniçağ.Az-ın “Trend”-ə istinadən verdiyi məlumata görə, 488 deputatın iştirakı ilə Türkiyə Böyük Millət Məclisində (parlament) keçirilən səsvermədə, 18 maddədən ibarət qanun layihəsinin qəbuluna 339 deputat lehinə, 142 isə əlehinə səs verib.

Qanun parlamenti vitse-spikeri Əhmət Aydın tərəfindən imzalanıb.

Türkiyə prezidenti 15 gün ərzində qanun təsdiq və ya rədd etməlidir. Qanun prezident tərəfindən təsdiq edildiyi halda, qanunun mətni rəsmi mətbuatda dərc olunacaq. Konstitusiyaya dəyişiklikləri ilə bağlı referendum, qanun mətninin rəsmi mətbuatda dərc olunduğundan 60 gün sonra, birinci bazar günü keçiriləcək.

Yeniçağ.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir