4141812Rusiyanın Lipetsk şəhərində Suriyada vurulan “Su-24” tipli təyyarənin komandiri Oleq Peşkovun dəfn mərasimi keçirilir.

Boru zavodu yaxınlığında baş tutan dəfn mərasimində 100-ə qədər şəhər sakini, onlarla fotoqraf, Rusiya Hava-Kosmik Qüvvələrinin (HKQ) orkestri iştirak edir.

Qeyd edək ki, noyabrın 25-i Rusiya prezidenti Vladimir Putin Suriyada həlak olan “Su-24” təyyarəsinin komandirinə ölümündən sonra “Rusiya qəhrəmanı” ulduzunun verilməsi haqqında qərar qəbul edib.
Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə noyabrın 24-ü Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib(Azvision)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 8
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."