www.sinerjipro.net

SinerjiProWide
Reklam

ABŞ-da yaşayan türklər qondarma “soyqırımı” günündə meydanı ermənilərə buraxmadılar.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, türklər 24 aprel qondarma “soyqırımı” günü Türkiyənin Vaşinqtondakı səfirliyinin qarşısına toplaşan ermənilərin aksiyasını cavabsız buraxmadılar.

Ermənilərin qondarma “soyqırımı” ilə bağlı ötən gün Vaşinqtonda təşkil etdikləri növbəti aksiya ABŞ paytaxtındakı türklərin qarşılıqlı etiraz aksiyası ilə müşayiət olunub.

Hələ bir neçə gün əvvəldən Türkiyənin Vaşinqtondakı səfirliyinin qarşısında çadırlar quraraq, ermənilərin əraziyə yaxınlaşmasına imkan verməməyə çalışan türklər orada növbə də tutublar.

Türk-Amerikan Milli İstiqamətləndirmə Komitəsinin (TASC) də dəstəklədiyi bu aksiyanın sonuncu günündə türklər və ermənilər paralel aksiyalar keçiriblər.

Səfirliyin divarlarına Türkiyə bayraqları asan türklər aksiyaya İstiqlal Marşıni oxumaqla başlayıblar və ermənilərin qondarma “soyqırımı” iddialarını rədd edən şüarlar səsləndiriblər.

Ötən illərlə müqayisədə iştirakçılarının sayı az olan erməni aksiyasında da əks şüarlar dilə gətirilib.
Paralel aksiyalar insidentsiz başa çatıb.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 37
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."