Turoperator və turagentlər üçün yeni tələblər

Müəllif: Redaktor

Editor

turizmAzərbaycanda turizm məhsulunun reklamı və satış qaydaları müəyyənləşdirilib.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, yeni hazırlanan “Turizm haqqında” qanun layihəsinə əsasən, turoperator turizm məhsulunu özü reklam edə və ya sata, yaxud bunun reklamını və satışını turagentə həvalə edə bilər.

Layihəyə görə, turizm məhsulunun və ya ayrı-ayrı xidmətlərin istehlakçıya satışı turizm xidmətləri müqaviləsi vasitəsilə həyata keçirilir. Turoperatorlar və turagentlər göstərdikləri xidmətlərin kataloqlarını elektron və kağız daşıyıcıda hazırlamalıdırlar. Həmin kataloqda hər bir turizm məhsulu təsvir edilməli, turizm məhsuluna daxil edilmiş xidmətlər üzrə məsuliyyət bölgüsü göstərilməlidir.

Bununla yanaşı, turizm məhsuluna daxil edilən xidmətin ayrıca qiyməti, turizm məhsuluna endirimlər tətbiq edildikdən sonrakı ümumi qiyməti qeyd edilməlidir.

Əgər turizm məhsulu turistin icbari sığorta tətbiq edilən ölkəyə səyahətini nəzərdə tutursa, sığorta şərtləri də buraya daxil edilməlidir.

 

Yenicag.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır