Tüstüdən zəhərlənən professor öldü - Azərbaycanda

Müəllif: Redaktor

Editor

Azərbaycan siyasi elminə itki üz verib.

Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasının professoru, tarix elmləri doktoru Pərvin Darabadi vəfat edib. O, bir neçə gün öncə Bakının “Sovetski” kimi tanınan ərazisində baş verən yanğın nəticəsində tüstüdən zəhərlənib. Xəstəxanaya aparılan professor bu gün dünyasını dəyişib.

Mərhumun cənazəsi sabah saat 12:00-da Təzə Pir məscidindən götürüləcək.

2000-ci ildən BDU-da “Beynəlxalq münasibətlər” kafedrasının professoru olan P.Darabadi 160 məqalə, 3 monoqrafiya, 1 dərslik, 7 proqram və tədris vəsaitlərinin müəllifidir.

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir